ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan İsveçin milli təhlükəsizlik müşaviri Henrik Landerholm ilə ölkənin NATO alyansına üzvlüyü və ümumi təhlükəsizlik məsələlərini müzakirə edib.
Manset.az Anadolu Ajans-na istinadən xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamada, Sallivanın Landerholm ilə görüşdüyü və İsveçin hazırkı Avropa İttifaqı Şurasına (AB) sədrliyi də daxil olmaqla, ABŞ və İsveç arasındakı güclü əlaqələr və yaxın əməkdaşlığı müzakirə etdiyi qeyd edilib.
Bildirilib ki, Sallivan ABŞ-ın İsveç və Finlandiyanın NATO müttəfiqliyinə qəbul edilməsinə sadiqliyini bir daha bəyan edib və tərəflərin ümumi təhlükəsizliyinə təhdidlər qarşısında birgə çalışacaqlarına söz veriblər.
Davud