Kahramanmaraş Elbistanda mərkəzləşən və yerli vaxtla 13:24-də baş verən 7,6 bal gücündə zəlzələ Adanada da yeni dağıntılara səbəb olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çuxurova rayonunda 12 mərtəbəli yaşayış binası dağıldı, qonşu binada sıxışıb qalanların xilas edilməsi üçün işlər aparılır. Yanğınsöndürənlər zədələnmiş binanın yuxarı mərtəbələrinə çıxaraq sıxışmış insanları xilas etməyə çalışır.
Manşet.az