Qətər, Kahramanmaraşda 7,7 bal gücündə zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qətər Xeyriyyə Təşkilatından verilən açıqlamada Türkiyə və Suriyaya “Zəlzələ qurbanlarına yardım” şüarı ilə yardım kampaniyasının başladığı açıqlanıb. Açıqlamada bildirilib ki, tibbi yardımla yanaşı, humanitar yardım materialları da bölgəyə çatdırılmaq üçün böyük səylə hazırlanıb.
Xeyriyyəçilərin kampaniyaya töhfə verməyə dəvət edildiyi bəyanatında zəlzələ qurbanlarının vəziyyətinin pisləşməsinin qarşısını almaq üçün çağırış edilib.
Manşet.az