Türkiyədə baş verən zəlzələdən sonra Hataya kömək üçün gələn Yunanıstan axtarış-xilasetmə qrupu 6 yaşlı qızı dağıntılar altından çıxartdığı anlar hər kəsi duyğulandırıb.
Manset.az xəbər verir ki, Yunanıstan Xüsusi Fəlakət Müdaxilə Qrupu (EMAK) Hatayın İskəndərun rayonunda böyük ziyan görən axtarış-xilasetmə işlərində iştirak edir.
EMAK 50 yaşlı ata və 6 yaşlı qızını rayonda dağıntılar altından sağ-salamat çıxarıb. Sevincdən izun müddət bir-birini qucaqlayan Yunanıstan xilasediciləri göz yaşlarına hakim ola bilməyiblər.
Qeyd edək ki, Türkiyədə baş verən zəlzələdən sonra Yunanıstan 21 yanğınsöndürən, iki həkim, üç təcili tibbi yardım işçisi, iki axtarış-xilasetmə iti, bir axtarış-xilasetmə mütəxəssisindən ibarət bir yanğınsöndürən qrupu zərərçəkmiş əraziyə köməyə göndərib.
Davud