Türkiyənin ən çox dağıntılara məruz qalan Kahramanmaraş bölgəsində 8 güləşçisi uçqun altından xilas edilib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Güləş Federasiyası məlumat yayıb.
Qeyd edilib ki, çökən binadakı güləşçilərdən 8-i sağ çıxarılıb. Hazırda xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, zəlzələ nəticəsində 6 234 nəfər vəfat edib, 37 011 sakin isə yaralanıb.