Hatay bələdiyyə sədrinin 2 həftə əvvəlki ŞOK AÇIQLAMASI - Zəlzələ bilinirmiş? (VİDEO)

12:49 - 08 Fevral 2023

Hatay bələdiyyə sədrinin 2 həftə əvvəlki ŞOK AÇIQLAMASI - Zəlzələ bilinirmiş? (VİDEO)

Türkiyənin Hatay Büyükşehir Bələdiyyə sədri Lütfü Savaş açıqlaması ilə gündəm olub. 

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, qurum rəsmisi iki həftə əvvəl qonaq olduğu siyasi və analitik proqramda Hatayın sarsıdıcı zələzələyə hazır olmadığını deyib. 

Onun bu açıqlaması Hataydakı dəhşətli zəlzələdən sonra mətbuatın gündəminə çevrilib.

Sosial şəbəkə izləyiciləri belə bir məlumatın əvvəldən bilindiyi halda fəlakətin qarşısı alınmadığı üçün aidiyyatı qurumları şiddətlə qınayıblar. 

Məlumat üçün bildirək ki, təbii fəlakət nəticəsində Hatayda 2 749 bina uçub, 1 647 sakin vəfat edib, 6 200 nəfər isə yaralı vəziyyətdədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az