"Türkiyədə baş verən zəlzələ dünyanın ən böyük quru zəlzələlərindəndir" - Yapon zəlzələ mütəxəssisi

14:50 - 08 Fevral 2023

\"Türkiyədə baş verən zəlzələ dünyanın ən böyük quru zəlzələlərindəndir\" - Yapon zəlzələ mütəxəssisi

Yapon zəlzələ mütəxəssisi Şinzi Toda, episentri Kahramanmaraşda olan zəlzələnin dünyanın ən böyük quru zəlzələlərindən biri olduğunu açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Toda bildirib ki, "Bu, gözlənilməz dərəcədə böyük zəlzələ idi. Bu zəlzələ dünyanın ən böyük quru zəlzələlərindən biridir. Zəlzələnin maqnitudası ilə yanaşı, episentrin yer səthinə yaxın olması da böyük fəsadlar törədib".

Toda, Türkiyənin cənubunda baş verən zəlzələnin "enerji miqdarının" 1995-ci ildəki Böyük Hanşin-Avaji zəlzələsindən və 2016-cı ildəki Kumamoto zəlzələsindən on dəfə çox olduğunu söyləyib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az