Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəhrəmanmaraşda zəlzələ ilə bağlı açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ərdoğan Kahramanmaraşda baş verən zəlzələlərlə bağlı, “Biz bütün imkanlarımızı səfərbər etmişik, dövlət bütün imkanları ilə bələdiyyələrlə, xüsusilə AFAD-la işlərini həyata keçirir. Vətəndaşlarımız narahat olmasın, onların küçədə qalmasına heç vaxt icazə verə bilmərik. Məqsədimiz, fəlakətlərlə üzləşdiyimiz digər vilayətlərdə etdiyimiz kimi, 1 il ərzində 10 əyalətdə kütləvi mənzil əməliyyatları həyata keçirməkdir” – deyib.
O, zəlzələ qurbanlarının Antalya, Alanya və Mersində müqaviləli otellərdə qala biləcəyini bildirib. Həmçinin, zəlzələdən zərər çəkən ailələrə 10 min lirəlik dəstək veriləcəyini açıqlayıb.
Manşet.az