Ölənlərin sayının 2 minə yaxınlaşdığı Hatayda bir çox nöqtədə binalar dağılıb. Bölgədəki dağıntı qalaqları helikopterdən görüntülənib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Türkiyə Silahlı Qüvvələri İncirlik Hava Bazasından istifadə edərək 121 təyyarə ilə bölgəyə həm humanitar yardım, həm də axtarış-xilasetmə qrupları göndərməyə davam edir.
Xilasetmə qrupları dağıntılar altında olan yaralıları xilas etməyə çalışır.
Manşet.az