Ermənistan rəhbərliyi axtarış-xilasetmə işlərinə dəstək vermək üçün Türkiyəyə qrup göndərib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Nikol Paşinyanın Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra İrəvan administrasiyası axtarış-xilasetmə işlərində iştirak etmək üçün Türkiyəyə qrup göndərib.
Dünən axşam saatlarında yola düşən komandanın 57 nəfərdən ibarət olduğu bildirilib.
Manşet.az