Fəlakət və Fövqəladə Halların İdarə edilməsi Nazirliyi (AFAD) zəlzələdə həyatını itirən və şəxsiyyəti müəyyən edilə bilməyənlərin cənazələrinin DNT, barmaq izi nümunələri və fotoşəkilləri alınaraq, 24 saatlıq gözləmə müddətindən sonra dini vacibatlara uyğun olaraq torpağa veriləcəyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, AFAD tərəfindən edilən açıqlamada, Qəhrəmanmaraş mərkəzli zəlzələlərdən sonra ölkə olaraq sayıq axtarış-xilasetmə əməliyyatına başlanıldığı ifadə edilərək, “Bu zəlzələlərin dağıdıcı təsiri nəticəsində həyatını itirən vətəndaşlarımızın şəxsiyyətinin müəyyən edilməsi və dəfn edilməsi xidmətlərində vahidliyin təmin edilməsi məqsədilə qısa zamanda müəyyən edilməsi və cəsədlərinin yaxınlarına çatdırılması böyük əhəmiyyət kəsb etdiyindən, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi ilə razılaşdırılaraq, 07 fevral 2023-cü il tarixli və 46697 nömrəli məktubla əlaqədar Valiliklərə və qurum/təşkilatlara göstəriş verilib” – bəyan edilib.
Buna uyğun olaraq, ölü müayinə prosedurlarının cənazələrin yerləşdiyi əyalət və ya rayon prokurorluqları qarşısında aparılacağı, onların ətraf əyalət və rayonlara göndərilməyəcəyi bildirilib.
Manşet.az