Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk, zəlzələlərdən sonra Türkiyə və Suriyada həlak olanlarla həmrəylik üçün çağırış edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Papa Fransisk, "Hazırda fikirlərim minlərlə insanın ölümünə və yaralanmasına səbəb olan zəlzələdən ciddi şəkildə təsirlənən Türkiyə və Suriya xalqları ilədir. Onlar üçün güclü hisslərlə dua edirəm” – deyib.
Hər kəsi bu fəlakət qarşısında zəlzələ bölgələri ilə həmrəylik nümayiş etdirməyə dəvət edən Papa, "Gəlin birlikdə dua edək ki, bu qardaş və bacılar bu faciə qarşısında irəliləyə bilsinlər" – deyə əlavə edib.
O, həmçinin əlverişsiz hava şəraiti, yolların ciddi zədələnməsi kimi çətinliklərlə üzləşən və bu çətin şəraitdə həyat xilas etməyə çalışan yardım işçilərinə təşəkkür edib və onlar üçün də dua etməyi xahiş edib.
Manşet.az