Apple və Google-dan Türkiyəyə dəstək

17:34 - 08 Fevral 2023

Apple və Google-dan Türkiyəyə dəstək

Apple və Google Türkiyə və Suriya üçün ianə edəcəklərini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Apple baş direktoru Tim Kuk sosial media hesabından verdiyi açıqlamada başsağlığı diləyib və "Türkiyə və Suriya xalqına və dağıdıcı zəlzələlərdən zərər çəkən hər kəsə başsağlığı veririk. Apple yardım və xilasetmə işlərinə ianə verəcək" – deyib.

Google-un ana şirkəti Alphabet-in baş direktoru Sundar Piçayi deyib: "Türkiyə və Suriyada baş verən zəlzələlərdən sonra dağıdıcı itkilər verən hər kəsin kədərini bölüşürük. Fövqəladə hallar haqqında məlumat vermək üçün SOS xəbərdarlıqlarını aktiv etdik və @Googleorg və Google işçiləri yardım və bərpa səylərini dəstəkləyəcəklər”.

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az