Azərbaycanın xilasediciləri dağıntılar altından daha bir qadının meyitini çıxardı

17:42 - 08 Fevral 2023

Azərbaycanın xilasediciləri dağıntılar altından daha bir qadının meyitini çıxardı

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha bir qadının meyitini çıxarıb.

 

Manset.az report-a istinadən xəbər verir ki, FHN-in xilasediciləri tərəfindən şəhərin Heydər Əliyev prospektindəki 7 mərtəbəli binanın dağıntıları altında aşkarlanan orta yaşlı qadının meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 50 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az