Kiyevlilər Türkiyədəki zəlzələni yad etdi - Səfirliyin qarşısına qərənfillər düzdü

21:12 - 08 Fevral 2023

Kiyevlilər Türkiyədəki zəlzələni yad etdi - Səfirliyin qarşısına qərənfillər düzdü

Ukraynanın paytaxtı Kiyevdə yaşayan insanlar Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Türkiyənin Kiyevdəki səfirliyi qarşısında zəlzələdə həyatını itirənlər üçün qərənfillər qoyub.

 

Manset.az xəbər verir kk, episentri Kahramanmaraşın Pazarcık mahalı olan və bir çox şəhəri təsir edən Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra dünyadan dəstək gəlməyə davam edir.

Ukrayna xalqı da Türkiyənin Kiyevdəki səfirliyinin qarşısına gələrək zəlzələdə həyatını itirənləri unutmayıb.

Səfirlik binasının qarşısına “Tezliklə sağal Türkiyə” yazılan kağızları qoyan ukraynalılar səfirlik binasının önünə qərənfillər də qoyublar.

Ukraynalı uşaqlar səfirlik binası qarşısında kiçik oyuncaqlarını qoyaraq Türkiyədəki uşaqlara sevgilərini yollayıblar.

 

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az