Türkiyədə dağıntılar altında qalanların xilasetmə əməliyyatları davam edir.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, zəlzələnin ən çox baş verdiyi Hatay bölgəsində xilas edicilər ata və azyaşlı qızını bina uçqunundan qurtarmağa çalışıblar.
Ata qızının dağıntılar altından çıxarıla bilmədiyini gördükdə beton pilitələr arasında qalan qolunun kəsilməsinə razı olub.
Atanın bu addımı ətrafdakı hər kəsi kövrəldib.