Türkiyədə daha iki zəlzələ baş verib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələlər Göksunda (Kahramanmaraş) 4.1 və 3.9 bal gücündə qeydə alınıb.
Qeyd edək ki, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb.
Təbii fəlakət nəticəsində 62 937 nəfər yaralanıb.
11:49
Türkiyədə son 20 dəqiqədə 7 güclü zəlzələ baş verib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələlər Doğanşehirdə (Malatya) 3.8, 4.2, 3.7 və 4.2, Pütürgedə (Malatya) 3.9, İslahiyedə (Gaziantep) 4.9, Hassada (Hatay) 3.6 bal gücündə qeydə alınıb.
Qeyd edək ki, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb.
Təbii fəlakət nəticəsində 62 937 nəfər yaralanıb.