İsveç polisi Rasmus Paludanın təxribatından sonra bu dəfə Türkiyədəki Stokholm səfirliyi qarşısında Quranın yandırılmasına icazə verməyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Stokholm polisinin mətbuat sözçüsü Österlinq, Türkiyənin Stokholm səfirliyi qarşısında bir şəxsin Quran yandırmaq üçün tələb etdiyi icazəyə mənfi cavab verildiyini bildirib:
“Qərar verməzdən əvvəl bu məsələ ilə bağlı İsveç Kəşfiyyat İdarəsi SEPO ilə dialoq apardıq. Nəticədə sözügedən şəxsin hərəkətə keçməsinə imkan verməmək qərarına gəldik”.
İcazə istəyən şəxsin kimliyi açıqlanmayıb.
Manşet.az