Aİ-dən Suriyaya 3,5 milyon avro YARDIM

13:53 - 09 Fevral 2023

Aİ-dən Suriyaya 3,5 milyon avro YARDIM

Avropa İttifaqı Suriyanın tələbi ilə 3,5 milyon avro maliyyə yardımı göndərəcəyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, açıqlamada, Aİ Komissiyası Suriyaya yardımın əvvəllər sahədə olan və ortaq işlərdən məlum olan qeyri-hökumət təşkilatları tərəfindən çatdırılacağını ifadə edərək, “Ehtiyacı olanların sığınacaq, su, kanalizasiya, sağlamlıq və hazırda ehtiyac duyduqları müxtəlif ləvazimatlara çıxışı və axtarış-xilasetmə əməliyyatlarına dəstək olmaq üçün Suriyaya 3,5 milyon avro təcili humanitar yardım veriləcək. Suriyada Aİ humanitar tərəfdaşlarımızla sıx əməkdaşlıq edir. Biz böhrana cavab vermək üçün davam edən humanitar layihələrimizə düzəlişlər edirik. Tərəfdaşlarımız, QHT-lər və BMT agentlikləri təsirə məruz qalmış tibb müəssisələrini tibbi dəstlərlə dəstəkləyir, qida və sığınacaqla təmin edir və zədələnmiş infrastrukturu təmir edir” – deyilib.

Manşet.az 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az