Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdə açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ərdoğan bunları deyib:
“Zəlzələdən bəri dövlət olaraq bütün qurumlarımızla meydandayıq.
Təəssüf ki, prosesi siyasi istismara çevirənlər də var. Vətəndaşım, mənim xalqım bu sui-istifadəyə heç vaxt qiymət verməz.
Bir tərəfdən konteyner işlərimiz, digər tərəfdən xaricdən gətiriləcək konteynerlərimiz var. Gələcək konteynerləri 10 ilə paylayacağıq.
Parlamentdə bu gün keçiriləcək səsvermə ilə fövqəladə vəziyyət qüvvəyə minəcək.
Türkiyədəki proseslərdən sui-istifadə edən və ticarətdə korrupsiyaya yol verən bütün sələmçilərə və fitnəçi qruplara qarşı dövlətə müdaxilə etmək imkanı verəcək”.
Manşet.az