ABŞ prezidenti Co Bayden administrasiyası 1977-ci ildən bəri hər administrasiya tərəfindən yenilənən ABŞ-ın Adi Silahların Transferi Siyasətini yeniləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ administrasiyası silah satışı ilə bağlı qərar verilərkən alıcı ölkənin insan hüquqları və demokratik idarəçilik normalarına nə dərəcədə uyğun olduğunun da qiymətləndiriləcəyini açıqlayıb.
Ağ Evdən siyasətin yenilənməsi ilə bağlı qurumlara göndərilən sirkulyarda qeyd olunub ki, silahların təhvil verilməsi ilə bağlı qərarlarda bu silahların hər hansı insan hüquqları pozuntusunda istifadə edilməsi riski, bu ölkənin siyasi sabitliyi, təhlükəsizlik qüvvələri üzərində effektiv mülki hakimiyyətin mövcudluğu, hökumətin müdafiə satınalmalarında qanunun aliliyi və şəffaflığa sadiqlik nəzərə alınacaq.
Bundan əlavə, satılan silahların alıcı ölkə daxilində insan hüquqlarına, əsas azadlıqlarına və ya vətəndaş cəmiyyətinin fəaliyyətlərinə mənfi təsir göstərib-etməyəcəyi, korrupsiyaya, qeyri-sabitliyə, avtoritarizmə və ya transmilli təzyiqə gətirib çıxarıb-aparmayacağı və hər hansı şəkildə demokratik idarəçiliyə və ya qanunun aliliyinə xələl gətirəcəyi də qiymətləndiriləcək.
Manşet.az