Sabir Rüstəmxanlı əməliyyat olundu - FOTO

22:34 - 28 İyun 2025

Sabir Rüstəmxanlı əməliyyat olundu - FOTO

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq deputat Sabir Rüstəmxanlı Ankarada cərrahi əməliyyat keçirib.


Manset.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.

S. Rüstəmxanlı diqqətə çatdırıb ki, səhhətində yaranmış narahatlıqla əlaqədar Ankarada fəaliyyət göstərən tanınmış uroloji klinikalardan birinə müraciət edib.

Onu köhnə dostu,məşhur uroloq, robotik cərrahiyə üzrə mütəxəssis Lütfi Tunç əməliyyat edib.

Partiya sədri bildirib ki, iyunun 25-də Ankara Acıbadem xəstəxanasında Lütfi Tunçun müəllifi olduğu “Omeqa Tunç texnikası” ilə əməliyyat olunub və iki gün sonra, iyunun 27-də evə buraxılıb.

“Ankarada və xəstəxanada olduğum müddətdə davamlı olaraq Lütfi bəyin, onun həkim dostlarının və komandasının təmənnasız diqqət və qayğısını hiss etdim,” – deyə S. Rüstəmxanlı qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az