Şəhid qardaşı Rusiyada başına gətirilən dəhşətlərdən yazdı: “OMON maşınımı saxlayıb, üstümə benzin tökdü...” 

15:16 - 29 İyun 2025

Şəhid qardaşı Rusiyada başına gətirilən dəhşətlərdən yazdı: “OMON maşınımı saxlayıb, üstümə benzin tökdü...” 

1986–1993 illər Moskvada yaşamışam, orada təhsil almışam. 1993-cü ildə hər şeyimi orada buraxıb, cibimdə cəmi yüz dollarla Belçikaya gəldim. Əgər Moskvada gördüklərimi yazsam, bir neçə kitab alınar”.

Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, bunu Belçikada yaşayan sodaşımız, 44 günlük Vətən müharibəsi şəhidi kapitan Hətəmxan Quliyevin qardaşı Ədalət Quliyev özünün sosial şəbəkə hesabında qeyd edib. 

O bildirib ki, 1992-ci ildə OMON tərəfindən maşını saxlanılıb:

“Fevral ayı, 20 şaxta... Məni yerə uzadıb, maşınımdakı kanistrdəki benzini üstümə töküb çaxmağı yandırdılar. Üzləri maskalı, paltarlarında "OMON" yazılmışdı, əllərində avtomatik silah vardı. Onlardan biri Azərbaycan dilində bir neçə küçə sözü bilirdi. “Mən Qarabağda azikləri kəsirdim,” – dedi. “В Карабахе я резал АЗИКОВ” – belə söz deyirdi. Mənim qarınıma, böyrəklərimə, bədənimə – yerdə uzanmış vəziyyətdə – davamlı təpiklər vururdular. (Mənim Moskvada daimi propiskam vardı.) Sənədlər 100% qaydasında idi. Pulumu alıb, üst-başım benzində, çox təhqirdən sonra məni buraxdılar. Sizə HOLLYWOOD filmi yox, başıma gələn əhvalatı yazıram.

Mən də hər şeyi orada buraxıb, gəldim Belçikada yaşamağa. Günahın böyük hissəsi azərbaycanlıların özündədir – təhqir olunan, döyülən, söyülən yerdə nə yaşanılar, nə də dayanılar... Bu günə kimi Moskvada yaşayan dostlarla davamlı zəngləşirik. Ağlayıb sizi xatırlayırlar. Tez-tez deyirəm: “Nə işiniz var orada? Harada ki sizi təhqir edirlər!”


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az