Ukraynanın paytaxtı Kiyevdə yenidən partlayış səsləri eşidilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kiyev meri Vitali Kliçko paytaxtın Holosiiv rayonunda partlayışlar olduğunu açıqlayıb.
Xarkov qubernatoru Oleq Sinegubov da Rusiya qüvvələrinin Xarkov şəhəri və bölgəsinə hücumlar təşkil etdiyini bəyan edib:
"Düşmən şəhər və rayona 15-ə yaxın hücum həyata keçirib. Kritik infrastruktur obyektləri hələ də işğalçıların hədəfi altındadır”.
Manşet.az