Möcüzəvi iynə piylənməyə son qoyacaq

11:33 - 09 Mart 2023

Möcüzəvi iynə piylənməyə son qoyacaq

Piylənmə ilə mübarizə aparan insanların sayı günü-gündən artarkən, arıqlamağı təmin edən möcüzəvi bir dərman həyatımıza daxil olur.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-da son vaxtlar populyarlıq qazanan “Wegovy” adlı arıqlama inyeksiyası Böyük Britaniyada da təsdiqlənib. İlon Mask da daxil olmaqla bir çox məşhurun bu dərmanla zəiflədiyi bildirilir.

Danimarkada yerləşən “Novo Nordisk” şirkəti tərəfindən istehsal olunan və iştahı azaldan “Wegovy” adlı dərman insanlarda toxluq hissi yaradır, ona görə də az yeyirlər. Mütəxəssislərin fikrincə, dəriyə inyeksiya yolu ilə verilən bu dərman iştahı azaldır və yeməkdən sonra ifraz olunan “GLP1” hormonunu təqlid edir.

İldə təxminən 35 min insanın arıqlamasına kömək edəcəyi gözlənilən dərmanın aylıq xərcinin 72 funt sterlinq (təxminən 145 AZN) olacağı gözlənilir. Dərmanın istifadəçilər tərəfindən insulinə bənzər iynə qələmləri vasitəsilə tətbiq oluna biləcəyi bildirilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az