Oskar klassikası olan "qırmızı xalça" ənənəsi dəyişir: Yeni xalçanın rəngi budur - FOTO

14:09 - 09 Mart 2023

Oskar klassikası olan \"qırmızı xalça\" ənənəsi dəyişir: Yeni xalçanın rəngi budur - FOTO

Martın 12-dən 13-nə keçən gecə keçiriləcək 2023-cü il Oskar Mükafatlarının təqdimetmə mərasimindən əvvəl hazırlıqlara başlanılıb. Bu il Oskar Mükafatları ilə bağlı xəbərlərin manşetlərində “qırmızı xalça” vurğusu yer almayacaq.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 95-ci dəfə keçiriləcək Oskar Mükafatları 62 ildən sonra sürpriz bir dəyişiklik edib. Kino dünyasının səbirsizliklə gözlədiyi gecədə simvolik qırmızı xalçanın rəngi dəyişir.

1961-ci ildən qırmızı rəngdə olan ikonik xalça indi şampan şərabının rəngində olacaq. Mərasimin aparıcısı Cimmi Kimmel rəng dəyişikliyinin səbəbini zarafatla izah edib.

Mətbuata müraciət edən Cimmi Kimmel, Uill Smitin keçən il Oskar mərasimində Kris Roka şillə vurmasına toxunaraq, "İnsanlar “Bu il problem olacaqmı? Bu il zorakılıq olacaqmı?” – deyə soruşur. Ümid edirik ki, yox. Qırmızı xalça əvəzinə qan tökülməyəcəyinə nə qədər əmin olduğumuzu göstərmək üçün şampan şərabı rəng xalçaya qərar verdik” – deyib.

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az