Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun gecə saatlarında ölkə boyu həyata keçirdiyi hücumlarda ölən və yaralananların olduğunu açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski sosial media hesabından verdiyi açıqlamada gecə saatlarında Ukraynanın hər yerində raket hücumlarının edildiyini bildirib.
Rusiya ordusunun hücumlarının kritik infrastrukturu və yaşayış məntəqələrini hədəf aldığını vurğulayan Zelenski, “Təəssüf ki, yaralılar və ölənlər var. Yaxınlarına başsağlığı verirəm. Düşmən yenidən 81 raket ataraq ukraynalıları qorxutmağa çalışdı və acınacaqlı taktikasına qayıtdı. İşğalçılar yalnız dinc əhalini terror edə bilər. Onların edə biləcəyi yeganə şey budur” – deyib.
Manşet.az