473 nəfərlə fırtınaya düşən qayığın sükanına keçərək xilas edən misirli mühacir 280 il müddətinə azadlıqdan məhrum edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yunanıstanın Krit adasında keçirilən məhkəmədə H.Elfallah kimi tanınan misirli balıqçının noyabr ayında qadın və uşaqların da olduğu immiqrantları qeyri-qanuni yollarla Yunanıstana apararaq insan qaçaqmalçılığı etdiyinə qərar verilib.
45 yaşlı Elfallah müdafiəsində pis hava şəraiti səbəbindən yolundan çıxan və batmaq təhlükəsi ilə üzləşən qayığı idarə etməli olduğunu və onu sahilə çıxarmalı olduğunu bildirib.
15 yaşlı oğlu ilə səyahətə çıxan balıqçıya əvvəlcə 4760 il həbs cəzası istənilib, lakin ağır şərtlər səbəbindən cəza 280 ilə endirilib.
Yunanıstanda 2014-cü ildə qüvvəyə minən qanuna əsasən, insan alveri ilə məşğul olduğu aşkarlanan şəxslər ölkəyə gətirdikləri hər immiqrant üçün 10 ilə qədər həbs cəzası ala bilərlər. Elfallahın cəzası da bu qanun əsasında hazırlanıb.
Manşet.az