İngiltərə kralı III Çarlz 2021-ci ildə vəfat edən atasının "Edinburq hersoqu" titulunu qardaşı Uesseks və Forfar Qrafı Şahzadə Edvarda verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bukingem Sarayı Şahzadə Edvarda 59 illik yubileyi münasibətilə böyük qardaşı Kral Çarlz tərəfindən "Edinburq hersoqu" titulunun verildiyini açıqlayıb. Şahzadə Eduardın həyat yoldaşı Sofi Rhys-Cons bu titulu aldıqdan sonra "Edinburq hersoginyası" oldu.
Manşet.az