400 il həbsə məhkum edildi, 34 il həbsdə qaldıqdan sonra günahsız olduğu üzə çıxdı - FOTO

13:58 - 17 Mart 2023

400 il həbsə məhkum edildi, 34 il həbsdə qaldıqdan sonra günahsız olduğu üzə çıxdı - FOTO

ABŞ-da 34 il əvvəl silahlı quldurluqda təqsirli bilinən və 400 il həbs cəzasına məhkum edilən Sidney Holmsun təqsirli olmadığı məlum olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, illərdir günahsız olduğunu deməsinə baxmayaraq heç kimi inandıra bilməyən 57 yaşlı Sidney Holmsun dosyesini yenidən araşdıran səlahiyyətlilər, 34 ildir dəmir barmaqlıqlar arxasında qalan şəxsin günahsız olduğunu müəyyən edib.

O, azadlığına çıxdıqdan sonra qohumları ilə görüşüb və “Mən ümidimi heç vaxt itirməmişdim və bilirdim ki, azad gəzə biləcəyim gün gələcək”, - deyib.

Holms azad bir insan olaraq anasını sonuncu dəfə 34 il əvvəl qucaqladığını söyləyib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az