Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Qara dənizdə ABŞ-a məxsus MQ-9 tipli pilotsuz uçuş aparatının (PUA) vurulmasına səbəb olan Rusiya döyüş təyyarələrinin pilotlarını mükafatlandırdığı bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada ABŞ-a məxsus MQ-9 tipli PUA-nın müvəqqəti status zonasını pozaraq Qara dənizdə qəzaya uğradığı xatırladılıb.
Açıqlamada Şoyqunun sözügedən PUA-nın Rusiya sərhədlərini pozmasının qarşısını alan Su-27 təyyarəsinin pilotlarını mükafatlandırdığı bildirilib.
Manşet.az