İsrail və Fələstin RAZILIĞA GƏLDİ

23:35 - 19 Mart 2023

İsrail və Fələstin RAZILIĞA GƏLDİ

İsrail və Fələstin qarşılıqlı şəkildə zorakılığı dayandırmaq üçün mexanizm yaratmaq barədə razılığa gəliblər. 

 

Manset.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında görüş Misirdə baş tutub və danışıq prosesində ABŞ, Misir və İordaniya rəsmiləri iştirak edib.

Danışıqlar zamanı tərəflər Ramazan ayında zorakılığın qarşısının alınacağını bildirib.

Tərəflər gərginliyin azaldılmasının zəruriliyini bəyan ediblər. Açıqlamada deyilir ki, İsrail hökuməti və Fələstin Muxtariyyəti zorakılığın 3-6 ay müddətinə dərhal dayandırılmasına hazır olduqlarını bildiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az