Polşa və Litvadan “Putinin Belarusda nüvə silahı yerləşdirmək qərarına” SƏRT REAKSİYA

14:21 - 27 Mart 2023

Polşa və Litvadan “Putinin Belarusda nüvə silahı yerləşdirmək qərarına” SƏRT REAKSİYA

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Twitter hesabından verdiyi açıqlamada Rusiyanın qərarını tənqid edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Landsbergis Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarını “zəiflik” kimi qiymətləndirib.

Landsbergis Rusiyaya qarşı sərt reaksiyanın lazım olduğunu vurğulayaraq, "Rusiya bu qərarla güc deyil, zəiflik nümayiş etdirir. Ciddi sanksiyalar, Baltikyanı bölgəyə qoşun yeridilməsi və NATO-nun şərq cinahının gücləndirilməsi həmrəylik və qətiyyət göstərəcək" – deyib.

Polşa Xarici İşlər Nazirliyindən verilən açıqlamada, "Putinin qərarı Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı gərginliyi daha da artırır. Bu, Belarusu Rusiyanın müharibəsinə cəlb etmək üçün bir addımdır" – deyə qiymətləndirmə aparılıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az