İsraili qarışdıran məhkəmə islahatına qarşı etirazlar hava limanına da təsir edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsraildə hava limanı işçiləri həmkarlar ittifaqı hökumətin məhkəmə tənzimləməsini dayandırmamasının ardından tətilə başladıqlarını açıqlayıb. Təl-Əvivin Ben Qurion hava limanında bütün uçuşlar dayandırılıb.
Digər tərəfdən, İsrailin baş naziri Benyamin Netanyahunun saat 11:00-a planlaşdırılan çıxışının təxirə salındığı bildirilib.
Manşet.az