İsveç ordusunda "TikTok" qadağan edildi

17:45 - 27 Mart 2023

İsveç ordusunda \"TikTok\" qadağan edildi

İsveç Müdafiə Nazirliyi əməkdaşlara xidməti cihazlarda "TikTok"dan istifadəni qadağan edib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, artıq "TikTok" quraşdırmış hərbi qulluqçulara proqramı silmək tapşırılıb.

Qərarın verilməsinə səbəb olaraq bildirilir ki, proqram Çin şirkətinə məxsusdur. İstifadəçi məlumatlarını toplamaq imkanlarına malikdir və sonradan bu məlumatlar Çin dövlət qurumlarının əlinə keçə bilər.

Bundan əvvəl, Avropa Komissiyası və Avropa İttifaqı Şurası da bu proqramın öz əməkdaşlarının xidməti telefonlarında istifadəsinə qadağa qoyduğunu elan edib, həmçinin ABŞ və Kanadada dövlət qulluqçuları üçün eyni qadağa tətbiq edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az