Türk Hava Yolları İsrailə uçuşları dayandırdı

19:47 - 27 Mart 2023

Türk Hava Yolları İsrailə uçuşları dayandırdı

Türk Hava Yolları (THY) İsraildə baş verən etiraz aksiyası səbəbi ilə həmin ölkəyə uçuşları ləğv edib.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün üçün Türkiyədən İsrailə planlaşdırılan təyyarə reysləri də dayandırılıb.

Qeyd edək ki, İsrailin hava limanı olan Ben Gurionda hökumətin məhkəmə islahatlarına cavab olaraq başlanan etirazlar səbəbindən uçuşlarını dayandırıb. Bu səbəbdən bir çox ölkələr İsrailə uçuşları ləğv etmək məcburiyyətində qalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az