Şentopdan Fransa göndərməsi: "Terror təşkilatına dəstəyinin şahidiyəm"

21:37 - 27 Mart 2023

Şentopdan Fransa göndərməsi: \"Terror təşkilatına dəstəyinin şahidiyəm\"

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop terror təşkilatı PKK/YPG üzvlərinin Fransa Senatında ev sahibliyi etməsi və terrorçulara medallar verilməsinə münasibət bildirib.

 

Manset.az Trthaber-ə istinadən xəbər verir ki, Şentop, sosial media hesabında yayımladığı mesajda Türkiyənin milli təhlükəsizliyini təhdid edən separatçı terror təşkilatının Fransa Senatında çox ciddi olsa da, ev sahibliyi etməsinin təəccüblü olmadığını bildirib.

Şenatop Fransanın DEAŞ başda olmaqla, açıq və ya gizli şəkildə terror təşkilatları ilə əlaqələrinin şahidi olduğunu xatırladıb:

"Parlamentin sədri kimi deməliyəm ki, bir ölkənin parlamentində terror təşkilatının üzvlərini qəbul etməsi həmin qurumun nüfuzunu zəiflədir. Terror təşkilatı PKK-nın Suriya uzantılarının açıq şəkildə tərəfini tutduğunu bütün dünyaya göstərən Fransadan, bir millət vəkilinin köməyi ilə qanuna, insanlığa və müasir etibarlı insanlara, dövlət olmanın tələblərinə uyğun davranmasını gözləyirik”.

 

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az