Kiyevdə yeni partlayışlar

10:36 - 28 Mart 2023

Kiyevdə yeni partlayışlar

Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko şəhərdə partlayışların baş verdiyini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kliçko, Obolon və Svyatoşin rayonlarında partlayış səslərinin eşidildiyini Telegram hesabından paylaşaraq bildirib.

O, partlayışların baş verdiyi məntəqələrə yanğınsöndürənlər və axtarış-xilasetmə qruplarının göndərildiyini və mövcud məlumata görə, partlayışlar nəticəsində insan tələfatının olmadığını qeyd edib.

Kiyev Şəhər Hərbi İdarəsindən verilən açıqlamada paytaxtda hava hücumundan müdafiə sistemlərinin işlədiyi bildirilib.

Gecə yarısı Kiyev və bəzi bölgələrdə pilotsuz uçuş aparatlarının (PUA) hücumları həyata keçirilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az