Metal detektoru ilə qızıl axtaran avstraliyalı kişi içərisində 160 min dollar dəyərində qızıl olan 4,6 kiloqramlıq qaya tapıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qızıl axtaran şəxs Avstraliyanın Viktoriya ştatının qızıl yataqlarında kəşf edib.
Qızıl kəşfiyyatçısının tapdığı qaya parçasının tərkibində təxminən 2,6 kiloqram qızıl olduğu açıqlanıb.
Bu kimi kəşflər nadir olsa da, Avstraliyanın dünyanın ən böyük qızıl ehtiyatlarına sahib olduğu təxmin edilir və dünyanın ən böyük külçələrinin çoxu Avstraliyada tapılıb.
Manşet.az