Silahla məktəbə girib 6 nəfəri öldürdü – VİDEO

11:02 - 28 Mart 2023

Silahla məktəbə girib 6 nəfəri öldürdü – VİDEO

ABŞ-ın Tennessi ştatında ibtidai məktəbə silahlı hücumun dəhşətli görüntüləri ortaya çıxıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-da özəl xristian məktəbinə silahlı hücum olub.

Bağça ilə 6-cı sinif arasında təxminən 200 şagirdin olduğu məktəbə səhər saatlarında daxil olan hücumçu 3-ü uşaq, 3-ü məktəb işçisi olmaqla 6 nəfəri qətlə yetirib.

Metro Nashville Polis İdarəsi, Twitter hesabından verdiyi ilk açıqlamada, əlində 2 uzun lüləli silah və bir tapança olan təcavüzkarın hadisə yerində öldürüldüyünü bildirib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az