Yunanıstanın baş naziri Kiriakos Mitsotakis parlament seçkilərinin mayın 21-i keçiriləcəyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yunanıstanda mühafizəkar hökumətin dörd illik səlahiyyət müddəti iyulda başa çatır.
"Ölkənin və onun vətəndaşlarının aydın üfüqlərə ehtiyacı var. Əvvəldən söz verdiyim kimi, dörd illik müddətin sonunda milli seçkilər keçiriləcək", - Mitsotakis Nazirlər Kabinetinin televiziya ilə keçirilən iclasında deyib.
Rəy sorğuları Mitsotakisin Yeni Demokratiya partiyasının ana müxalifət olan solçu Syriza partiyasını qabaqladığını göstərdi, lakin bu fərq fevralın 28-də 57 nəfərin ölümünə və ictimaiyyətin qəzəbinə səbəb olan dəmir yolu qəzasından sonra azaldı.
Mayın 21-də keçiriləcək seçkilər yeni tətbiq edilən proporsional seçki sistemi ilə keçiriləcək.
Manşet.az