Rusiyadan Yaponiya dənizinə gəmi əleyhinə raket - VİDEO

13:55 - 28 Mart 2023

Rusiyadan Yaponiya dənizinə gəmi əleyhinə raket - VİDEO

Rusiya Müdafiə Nazirliyi Yapon dənizində “Moskit” gəmi əleyhinə raket sınağı həyata keçirildiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Sakit Okean Donanmasının gəmiləri Yapon dənizindəki Böyük Pyotr körfəzində Sovet istehsalı olan “Moskit” gəmi əleyhinə qanadlı raketləri sınaqdan keçirib.

Bildirilib ki, iki gəmi düşməni təmsil edən hədəfə birgə raket hücumu həyata keçirib və təxminən 100 kilometr uzaqda olan düşmən hədəfi iki “Moskit” raketi ilə uğurla vurulub.

Yaponiya Xarici İşlər Nazirliyi də Yaponiyanın şimalındakı Hokkaydo adasının təxminən 700 kilometrliyində, körfəzdə həyata keçirilən raket sınağı ilə bağlı açıqlama verib.

Xarici işlər naziri Yoşimasa Hayaşi Tokioda keçirdiyi mətbuat konfransında bəyan edib ki, Moskva Ukraynaya qarşı təcavüzünü davam etdirməklə yanaşı, Uzaq Şərqdə də fəaliyyətini gücləndirir.

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az