Avropa İttifaqı ölkələri 2035-ci ildən benzin və dizel mühərrikli yeni avtomobillərin satışının qadağan edilməsi təşəbbüsünü təsdiqləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa Şurası üzv dövlətlərin 2035-ci ilə qədər avtomobillər və yüngül kommersiya avtomobilləri üçün ciddi karbon emissiyası standartlarını tətbiq edəcək qanunu təsdiqlədiyini açıqlayıb.
Qanuna görə, avtomobil istehsalçıları 2035-ci ilə qədər karbon emissiyalarını sıfırlayacaqlar. Belə ki, benzin və dizel də daxil olmaqla karbon emissiya edən daxili yanma mühərrikli yeni avtomobillər qeyd olunan tarixdən etibarən Aİ ölkələrində satıla bilməyəcək.
Bundan əlavə, 2030-cu ilə qədər emissiyaların azaldılması hədəfi avtomobillər üçün 55 faiz, yük maşınları üçün isə 50 faiz olacaq.
Manşet.az