Ukrayna Rusiya prezidenti Vladimir Putinin xüsusi təyin etdiyi rus polkovnik-leytenant Dmitri Lissitskinin evində qətlə yetirildiyini təsdiqləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna Rusiya ilə müharibədə fəal rol oynayan Rusiya ordusunun 247-ci Hava Hücum Alayının 2-ci batalyon komandiri polkovnik-leytenant Dmitri Lissitskinin Rusiyanın Stavropol şəhərindəki evində ölü tapıldığını açıqlayıb.
Ukrayna kəşfiyyatının xüsusi işi ilə öldürüldüyü bildirilən Lissitzkinin ölümü ilə bağlı əlavə məlumat verilməsə də, Rusiya mənbələri də komandirin ölümünü təsdiqləyib.
Manşet.az