“Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün uğur qazana bilmir” - Nazir müavini

16:56 - 01 Aprel 2023

“Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün uğur qazana bilmir” - Nazir müavini

"Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün 4 istiqamətdən hücum etsə də, uğur qazana bilmir”.

 

Manset.az report-a istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Onun sözlərinə görə, Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün Avdeyevkanı mühasirəyə almağa cəhd göstərir: "Sadə dillə desək, Şərqdə (Ukraynanın şərqini nəzərdə tutur - red.) müdafiə əməliyyatı kifayət qədər mürəkkəbdir”.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının aprelin 1-də yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi hərbçilərin sayı 173 990 nəfərə çatıb. Son sutkada Rusiya Ukraynada 630 hərbçi itirib.

Rusiya qoşunlarının müharibədəki başqa döyüş itkiləri 3 616 tank, 6 981 zirehli maşın, 2 631 operativ-taktiki PUA, 527 reaktiv yaylım atəşi sistemi, 2 683 artilleriya sistemi, 279 hava hücumundan müdafiə sistemi, 306 təyyarə, 291 helikopter, 5 528 avtomobil və tanker, 296 xüsusi texnika, 911 qanadlı raketdən ibarətdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az