Ukraynadan Rusiyanın 4 əsas hakimiyyət qurumuna qarşı SANKSİYALAR

10:00 - 02 Aprel 2023

Ukraynadan Rusiyanın 4 əsas hakimiyyət qurumuna qarşı SANKSİYALAR

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının dörd dövlət qurumuna 10 il müddətinə sanksiyanın tətbiq edilməsinə dair göstəriş verib.

 

Manset.az xəbər verir ki, bunlar Rusiya Federal Təhlükəsizlik Xidməti, Rusiya Federal Mühafizə Xidməti, Rusiya Federasiya Şurası və Rusiya Maliyyə Nazirliyidir.

Müvafiq fərman Ukrayna prezidentinin ofisinin saytında dərc olunub.

Qeyd olunur ki, sanksiyalar dörd quruma, həmçinin orada işləyən şəxslərə şamil ediləcək.  

Sanksiyaya aktivlərin dondurulması, ticarət əməliyyatlarının dayandırılması, lisenziyaların ləğvi, ticarət müqavilələrinə və proqramlara xitam verilməsi, əqli mülkiyyət hüquqlarının ötürülməsinə daxildir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az