Baxmutda vəziyyət çox gərgindir - Nazir müavini

21:33 - 02 Aprel 2023

Baxmutda vəziyyət çox gərgindir - Nazir müavini

Ukraynanın Baxmut şəhərində vəziyyət çox gərgindir.

 

Manset.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri təkcə “Vaqner” qrupunu deyil, həm də peşəkar desant hissələrini də cəlb etməyə çalışır. Malyarın fikrincə, bu vəziyyət Ukrayna hərbçilərinin vəzifələrini çətinləşdirir.

Buna baxmayaraq, Malyar qeyd edib ki, vəziyyət nəzarət altındadır: "Mövcud vəziyyətə cavab tədbirləri həyata keçirilir”.

Qeyd edək ki, uzun müddətdir döyüşlərin davam etdiyi Baxmut şəhərinin sahəsi 40 kv.km-dən bir qədər çoxdur. Şəhərin ərazisinin təxminən 65 faizi Rusiyanın nəzarəti altındadır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az