Rusiyanın paytaxtı Moskvada 14 yaşlı qız anasını öldürmək üçün 2 qatil tutub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 14 yaşlı qızın anasının polietilen torbaya və döşəyə bükülmüş cəsədi Moskva şəhərində zibil qabında tapılıb.
Yerli mətbuatın yazdığına görə, anası qıza sevgilisini görməyə icazə vermədiyi üçün onu öldürməyə qərar verib və 2 qatil kirayələyib. Qatillər 3650 funt sterlinq müqabilində 14 yaşlı qızın istəyini qəbul edərək anasını öldürüblər.
Manşet.az