ABŞ, Cənubi Koreya və Yaponiya Şimali Koreyaya qarşı çəkindirməni gücləndirmək üçün birgə dəniz təlimlərinə başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şimali Koreyanın ardıcıl silah sınaqları Koreya yarımadasında və ətrafında təhlükəsizlik narahatlığını artırıb. Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada, üç ölkənin Şimali Koreyaya qarşı çəkindirmə gücünü gücləndirmək üçün Jeju adaları yaxınlığında beynəlxalq sularda ortaq dəniz təliminə başladığı qeyd edilib.
ABŞ-ın nüvə enerjili təyyarədaşıyan gəmisi “Nimitz”in iştirakı ilə həyata keçirilən təlimin məqsədinin sualtı qayıqlardan buraxılan ballistik raketlərə və digər sualtı təhlükəsizlik təhdidlərinə qarşı mübarizə qabiliyyətini artırmaq olduğu və izləmə və monitorinqin həyata keçirildiyi bildirilib. 2 günlük təlimdə düşmən sualtı qayıqlarının ssenariləri işıqlandırılacaq.
Manşet.az