NATO qapılarını bu ölkə üçün açır

12:32 - 03 Aprel 2023

NATO qapılarını bu ölkə üçün açır

Yaradılmasının 74-cü ildönümünü qeyd edən NATO yeni üzvü Finlandiyanı Alyansın 31-ci üzvü kimi qəbul etməyə hazırlaşır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, açıq qapı siyasətini davam etdirən NATO-nun 9-cu genişlənməsində Finlandiya 31-ci üzv olub. İkinci Dünya Müharibəsindən sonra 4 aprel 1949-cu ildə yaradılmış Şimali Atlantika Müqaviləsi Təşkilatında (NATO) rəsmi prosedurlar başa çatdıqdan sonra yeni üzv olan Finlandiyanın bayrağı NATO-nun mənzil-qərargahına qaldırılacaq.

Rusiyanın 24 fevral 2022-ci il tarixində Ukraynaya hücumundan sonra Avropa təhlükəsizlik arxitekturasında dəyişiklik olduğu əsası ilə neytrallığını tərk edərək NATO-ya üzv olmağa qərar verən Finlandiya hökuməti 30 müttəfiq ölkənin parlamentləri tərəfindən təsdiqlənib.

Nəhayət, Macarıstan və Türkiyədəki assambleyaların üzvlük protokollarını ratifikasiya etməsi ilə Finlandiya yekun rəsmi prosedurlar istisna olmaqla, Alyansın 31-ci üzvü olmaq üçün lazımi addımları tamamlayıb. Beləliklə, NATO açıq qapı siyasətini davam etdirərək yeni dövrünə qədəm qoyub.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az